Fransız virusoloq: «Koronavirus süni olaraq yaradılıb»

Koronavirus təbii yollarla meydana gəlməyib, o, laboratoriyada hazırlanıb.

Axar.az xəbər verir ki, bunu fransız virusoloq Lyuk Montanye deyib.

“Biz belə qənaətə gəlmişik ki, bu virusla bağlı manipulyasiya baş verib. COVİD-19-a HİV-in hissəcikləri əlavə edilib. Bu virus molekulyar bioloqların işidir. Bunun hansı məqsədlə olduğu aydın deyil. Mən işim faktları təqdim etməkdir. Mən heç kimi ittiham etmirəm, mən bunu kimin, niyə etdiyini bilmirəm. Yəqin ki, onlar QİÇS-ə qarşı peyvənd yaratmaq istəyiblər”, — deyə o bildirib.

Montanye həmçinin bu virusun Uhan laboratoriyasından çıxdığını deyib.

Qeyd edək ki, Montanye 2008-ci ildə Nobel mükafatı alıb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *