Vətəndaşların NƏZƏRİNƏ: Sabah küçəyə çıxmayın!

Kommunal strukturlar Bakı sakinlərinə xəbərdarlıq edib.

Millitribuna.az xəbər verir ki, məlumatda insanlara sabah, aprelin 18-də küçəyə çıxmamaq tövsiyyə olunub.

Bakıda hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *