Piy xərçəng şişlərini əmələ gətirir

Alimlər laboratoriya müşahidələri prosesində insan orqanizmində bədxassəli şişlərin əmələ gəlməsinin başlıca səbəbini tapa biliblər.

Millitribuna.az xəbər verir ki, Belçikada yerləşən Flanders adına Biotexnologiya İnstitutunun ekspertlərinin sözlərinə görə, həkimlər kompleks təcrübələr sayəsində onkoloji xəstəliklərin əmələ gəlməsinə piyin təsir göstərdiyini sübuta yetiriblər.

Tədqiqatların nəticələri «Nature» jurnalında dərc edilib. Məlum olub ki, piy yığınları yeni limfa damarlarının formalaşmasında iştirak edir. Xərçəng hüceyrələri də həmin piylərin köməyi ilə orqan və toxumalara daxil olur.

Alimlərin fikrincə, bədxassəli şişlərin əmələ gəlməsi üçün xüsusi kanallar lazımdır. Onkoloji xəstəliklərin inkişafında bu kanallar əsas rol oynayır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *