Mehriban Əliyeva Gürcüstana təşəkkür edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Gürcüstanın paytaxtı Tbilisidə yerləşən teleqüllədə Azərbaycan Respublikasının dövlət bayrağının işıqlandırılması ilə əlaqədar bu ölkəyə minnətdarlığını bildirib.

Millitribuna.az xəbər verir ki, paylaşımda deyilir:

“Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! Çətin sınaq anlarında xalqların bir-birinə dəstək göstərməsi – dostluq və qardaşlığın ən gözəl təzahürüdür. Əminəm ki, xalqlarımızın möhkəm iradəsi və həmrəyliyi sayəsində biz dünyamızın bu gün üzləşdiyi bütün çətinlikləri tezliklə geridə qoyacağıq! Hamıya möhkəm cansağlığı arzulayıram!”.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *