Məhdudiyyətlər deputatların avtomobillərinə şamil edilməyəcək

Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Millitribuna.az xəbər verir ki, «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» dəyişiklik layihəsi III oxunuşda Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputatla bərabər, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə də şamil edilməyəcək.

Xatırladaq ki, I oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər yalnız deputata şamil edilməyəcəkdi. Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *