Bu ölkədə koronadan 40 min insan ölə bilər – İddia

«Böyük Britaniyada yeni tip koronavirusdan 40 min insan ölə bilər».

Millitribuna.az xəbər verir ki, bunu Böyük Britaniyada mütəxəssis həkim kimi tanınan Antoni Kastello deyib.

O iddia edib ki, hökumət izolyasiya tədbirləri ilə bağlı gec qərar qəbul edib:

“Baş nazir Boris Conson əvvəlcə digər Avropa liderləri kimi sərt tədbirlərin tətbiq edilməsi barədə qərar vermədi. Ancaq araşdırmalar zamanı ölkədə yarım milyon insanın öləcəyi xəbərdarlığı edildi. Bundan sonra sərhədlərin bağlanmasına göstəriş verdi”.

Mütəxəssis bildirib ki, hökumətin pandemiyanın yayılmasına gec reaksiya verməsi 40 min insanın ölümünə səbəb ola bilər.

Qeyd edək ki, koronavirusdan ümumilikdə bu ölkədə 13 min 759 nəfər ölüb, 104 min 148 nəfərdə isə virusun simptomları aşkarlanıb. (axar.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *