Azərbaycanda yeni medal təsis edilir

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Millitribuna.az xəbər verir ki, «Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)» Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar «Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında» qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra təklif səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. (trend)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *