«Ailələrə kömək etdiyini paylaşmaq reklamdır» — Nigar tənqid etdi

Müğənni Nigar Camal sosial şəbəkədə ünvanına yazılan iradlara cavab verib.

Axşam.az xəbər verir ki, izləyicilər sənətçinin paylaşımında onun insanlara yardım etməməsini qınayıblar. Nigar isə kömək edərkən onu çəkib paylaşanları tənqid edib:

«Niyə? Axı video çəkib paylaşmaq düzgün deyil. Bu, həm də həmin ailələrə qarşı yanlışdır. Bəlkə, problemləri olduğunu kiminsə bilməsini istəmirlər. Hansısa kanalın yardım kampaniyası olsaydı paylaşardım. Amma ailələrə kömək edərkən bunu sosial şəbəkədə paylaşmaq reklam kimi çıxır».

Qeyd edək ki, son günlər bir çox məşhur insanlara yardım edərkən, videolar çəkir və sosial şəbəkədə yayımlayır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *