Yunanıstanlı futbolçu: «Azərbaycanda olduqca yaxşı bir komanda var»

«Zirə» klubunun yunanıstanlı müdafiəçisi Anastasios Papazoqlu «Fosonline» nəşrininn suallarını cavablandırıb.

«Report» həmin müsahibəni təqdim edir.

— Azərbaycanda vəziyyət necədir?

— Buradakı vəziyyət Yunanıstandan daha sakitdir. Yunanıstanda və Avropanın əksər ölkələrində olduğu kimi nəqliyyatda məhdudiyyətlər yoxdur, ancaq müəyyən tədbirlər var. Məsələn, bütün kafe və restoranlar bağlanıb. Yunanıstanda olduğu kimi yalnız banklar, aptek və supermarketlər açıqdır. Artıq 15 gündür ki, bütün tədbirlər gücləndirilib və hər yer bağlanıb. Əsasən bütün yoluxanlar İrandan gəldi. İlk olaraq bir çox insan gəldi və bir neçə gün sonra hərəkətə keçdilər.

— Başa düşdüyümüz odur ki, çox uzun müddət həyat normal davam edib. İndi vəziyyət gərgindir?

— Bəli, belədir. Durumun ciddi olduğunu anlayırsınız, çünki inşaat işləri böyük ölçüdə azaldılıb. Bakı çox inkişaf etmiş şəhərdir, günün 24 saatı işləyirlər. İnşaat heç vaxt dayanmır. Daim göydələnləri qaldırırlar və son vaxtlar əvvəlki dövrdəki kimi işləmirlər. Demək olar ki, tikintini dayandırdılar.

— Həqiqətən Bakı necə şəhərdir?

— Çox zəngin bir şəhərdir. Sizə dediyim kimi hər yerdə göydələnləri qaldırırlar. Bakı Dubayla eyni şeyi etmək niyyətindədir. Bu, mövcud olan perspektiv və şəhər üçün hədəfdir. Həqiqətən bu şəhəri görməyə dəyər. Gəlsəniz, heç nə qaçırmazsınız.

— Belə bir şəhərdə insanlar futbola qarışmır, stadionlar doludur?

— Burada futbol 2-3-cü plandadır. Səkkiz komanda, möhtəşəm bazalar və stadionlar var. Ancaq onlar idmanla məşğul deyillər. Şirkətləri və işləri ilə daha çox maraqlanırlar və futbola o qədər də vaxtları yoxdur. Ancaq çox pul xərcləyirlər və yaxşı futbolçuların gəlmələri üçün böyük müqaviləllər bağlayırlar. İnsanlar isə futbola xüsusi diqqət ayırmırlar.

— Bəs hazırda dayandırılan çempionatın səviyyəsi necədir?

— Martın 13-dən etibarən dayandırılıb, nə vaxt başlayacağını və nə vaxt bitəcəyini bilmirik. Azarkeş baxımından Kiprdən daha aşağıdır, çünki orada da oynamışam, müqayisə də edə bilərəm. Olduqca yaxşı bir komanda var: “Qarabağ” hər il Çempionlar Liqasında oynayır. Biz isə avrokuboklara iddia edirik, amma liqa dayanıb və nə olacağını bilmirik.

— Necə oldu ki, karyeranızı davam etdirmək üçün Azərbaycanı seçdiniz?

-Karyeramda fərqli nəsə axtarırırdım. Dəyişiklik etmək, fərqli bir şey sınamaq istədim və bu fürsət mənə verildiyi zaman boşa getməsinə imkan vermədim.

— Azərbaycanda bir komandanın sizi istədiyini eşidəndə dərhal oynamaq üçün müsbət cavab verdiiniz?

— (gülür) Həqiqət budur ki, ilk olaraq, ölkənin harada və hansı ölkə ilə həmsərhəd olduğunu görmək üçün xəritəyə baxdım. Bu barədə düşündüm, həyat yoldaşımla müzakirə etdim və karyeramda bu dəyişikliyə “hə” deməklə qərar verdim.

— Mövsümün sonunda müqaviləniz başa çatır?

— Bəli bir illik müqaviləm var. Bu mövsüm yaxşı yekunlaşsa və nə olacağını gördükdə qərar verəcəyəm. Burada müqavilələrin bütün Avropada olduğu kimi iyun ayında yox, mayın sonunda başa çatır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *