Xalq artisti Rafiq Əliyev vəfat edib

 

Aktyor dünən gecə saatlarında dünyasını dəyişib.

Millitribuna.az xəbər verir ki, bu barədə APA-ya mərhumun həyat yoldaşı aktrisa Şəfəq Əliyeva məlumat verib.

O, uzun sürən sürən xəstəlikdən sonra dünən gecə saatlarında dünyasını dəyişib.

Aktyorla vida mərasimi evində olacaq.

Rafiq Əliyev Maştağa qəsəbəsindəki qəbirstanlıqda anasının yanında dəfn ediləcək.

Qeyd edək ki, Rafiq Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1957-ci ildə Bakıdakı 58 saylı orta məktəbin birinci sinfinə gedim, 1968-ci ildə həmin məktəbi bitirdikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin Rejissorluq bölməsinə daxil olub. 1971-ci ildə Qırmızı bayraqlı Qara dəniz Donanmasında hərbi qulluğa çağrılıb və 3 il hərbi xidmət keçib.

1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Aktyorluğu fakültəsinə qəbul olub, 1970-cu ildə oranı bitirib. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunub.

1994-cü ildən Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissorluq kimi fəaliyyət göstərib.

Azərbaycan teatr sənəti qarşısında göstərdiyi xidmətlərə görə 1990-cı ildə Respublikanın Əməkdar artisti, 2007-ci ildə Respublikanın Xalq artisti fəxri adlarına layiq görülüb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *