Türkiyədən Afinaya sərt xəbərdarlıq

Türkiyə ilə Yunanıstan arasında Egey dənizindəki 18 ada və 2 qayalıq uğrunda davam edən gərginlik artıb

Axar.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Türkiyənin milli müdafiə naziri Hulusi Akar rəsmi Afinanın təxribata əl atdığını bildirib:

“Biz Yunanıstanı təhdid etmirik. Ancaq müdafiə olunmağı da bilirik. Afina müqavilələrə əməl etməlidir. Yunanıstanla münasibətlərin beynəlxalq hüquq normaları və qonşuluq əlaqələri çərçivəsində davam etdirilməsinin tərəfdarıyıq. İki ölkə arasında yaranan problemin dialoq yolu ilə həll olunmasını istəyirik”.

Nazir vurğulayıb ki, qonşumuz beynəlxalq qanunlardan bəhs edərək bizi reallığı olmayan təcavüzlə ittiham edir:

“Ancaq özləri Lozanna müqaviləsinin şərtlərini pozaraq təcavüzə əl atır. Ərazi suları 6 mil olsa da, hava məkanlarının 10 mil olduğunu iddia edirlər. Bu iddialar başda beynəlxalq müqavilələrə qarşı olmaqla, yaxşı qonşuluq münasibətlərinə də ziddir. Hər hansı bir hadisəyə və ya hüquqlarımızın pozulmasına göz yummarıq. Əvvəldən demişik ki, içində bizim olmadığımız qərarların həyata keçirilməsi kimi şansı yoxdur”.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *