«Tottenhem»in stadionu «Amazon»un adını daşıya bilər

Elektron ticarət bazarında dünyanın ən böyük şirkətlərindən olan «Amazon» «Tottenhem»in stadionunun ad hüquqlarına sahib çıxmaq niyyətindədi.

Fanat.Az «Daily Mail»ə istinadən xəbər verir ki, «Amazon» potensial tərəfdaşlıqda maraqlıdı. Həmçinin idman geyimləri nəhəngi — «Nike» da «Tottenhem Stedium»a adını vermək istəyir. «Spörs»ün prezidenti Deniel Levinin potensial müqavilədən ilinə ən azı 29 milyon avro qazanmağı və minimum 10 mövsümlük sözləşmə bağlamağı planlaşdırdığı bildirilir. «Amazon» «Tottenhem»in tələblərini ödəmək üçün lazımi maliyyə resurslarına sahibdi. Şirkətin dəyəri 1,26 trilyon avroya çatır.

Daha əvvəl London klubu «Amazon»la birlikdə, klubdan bəhs edən «All or Nothing» sənədli filmini ərsəyə gətirmişdi.

«Tottenhem»in Premyer Liqada və Çempionlar Liqasında çıxış etməsi tərəfdaşlıqda maraqlı olan şirkətlər üçün əsas faktordu. «Tottenhem Stedium»un digər əhəmiyyətli idman turnirlərinə (xüsusilə də NFL-in oyunları — Fanat.Az), o cümlədən ictimai tədbirlərə ev sahibliyi etməsi arenaya adını vermək istəyənləri daha da cəlb edir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *