Sağalanların plazması ağır xəstələrə köçürülə bilər

 

 

«Ölkədə bütün müalicə metodlarından istifadə olunur. Gələn həftədən etibarən sağalan şəxslər Milli Hematologiya və Transfuziologiya Mərkəzinə dəvət ediləcək».

Millitribuna.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, koronavirusdan sağalan şəxslərin qanlarındakı plazmalarında olan anticisimlər virusa qarşı yetərli olsa terapevtik məqsədlə ağır xəstələrə köçürülə bilər.

R.Bayramlı qeyd edib ki, bununla bağlı layihə bu gün Səhiyyə Nazirliyində müzakirə olunacaq. (report.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *