Mehriban Əliyeva qanvermə aksiyasına qoşulanlara təşəkkür etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva qanvermə aksiyasına qoşulanlara təşəkkür edib.

Millitribuna.az xəbər verir ki, bu barədə Mehriban Əliyeva “İnstagram”da paylaşım edib.

“Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir.

İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm! Hamıya möhkəm cansağlığı arzulayıram! Qoy xoş əməllərin sayı artsın! Uca Tanrıu sizi qorusun!” – deyə Birinci vitse-prezident qeyd edib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *