“Malikanəsində hovuzu olan həyatından şikayət edir”

«Qızıl Qlobus» un aparıcısı, aktyor Riki Cerveys karantin rejiminin çətinliyindən şikayət edən məşhurları tənqid edib.

Millitribuna.az xəbər verir ki, bu barədə aktyor «The Sun» nəşrinə müsahibəsində danışıb:

“Mən artıq deyingən insanları görmək və eşitmək istəmirəm. Britaniyada həkimlər 14 saatlıq iş rejimində çalışırlar və şikayət də etmirlər. Qoruyucu maskalarını üzlərində yara əmələ gəlsə belə, çıxarmırlar.

Özlərini və ailələrini sizin üçün təmənnasız təhlükəyə atırlar. Amma mən internetdə görürəm ki, malikanəsində hovuzu olan şəxs həyatından şikayət edir. Artıq bu cəfəngiyatı dinləmək istəmirəm”. (axsam.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *