Hər bir sakin ayda 162,1 manatlıq ərzaq alıb

2020-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 9,2 milyard manatlıq, o cümlədən 4,8 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət dövriyyəsi üzrə 1,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,9 faiz artım, qeyri-ərzaq malları üzrə isə 0,5 faiz azalma müşahidə olunub

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə edilib:

Cari ilin birinci rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,9 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 16,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi elektrik malları və mebellərin, 5,2 faizi avtomobil yanacağının, 1,6 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2020-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının dəyər ifadəsində 23,7 faizi ticarət müəssisələri, 47,8 faizi fərdi sahibkarlar tərəfindən, 28,5 faizi isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,5 faiz artıb, fərdi sahibkarlar üzrə 1,1 faiz, bazar və yarmarkalarda isə 11,0 faiz azalıb.

Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 309,4 manat və ya 2019-cu ilin müvafiq rübünün göstəricisindən nominal ifadədə 10,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 162,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,3 manatlıq qeyri-ərzaq malları alıb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *