Günəmuzd çalışanlara şad xəbər

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki-hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslərə gündəlik ödəniş nağd qaydada verilə biləcək.

«Nağdsız hesablaşmalar haqqında» qanuna dəyişiklik ediləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, «Nağdsız hesablaşmalar haqqında» qanuna yeni 3.3-1-ci maddə əlavə edilir.

Həmin əlavəyə görə, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilir və həmin məbləğ bu Qanunun 3.3-cü maddəsi ilə müəyyən edilmiş nağd əməliyyat həddinə daxil edilmir.

Dəyişiklik Milli Məclisin aprelin 17-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Read more: https://sputnik.az/economy/20200416/423674471/mvsmi-ishlere-celb-edilen-fiziki-shexslere-gundelik-odenish-nagd-qaydada-verile-bilecek.html

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *