«Çempionlar Liqası kubokunu inəklərimə göstərmək istəyirəm»

«Barselona»nın baş məşqçisi Enrike Setyen Çempionlar Liqasının qalibi olmaq və İspaniya La Liqasının qızıl medallarını qazanmaq istəyindən danışıb.

Millitribuna.az goal.az-a istinadən xəbər verir ki, Kataloniya klubun çalışdırıcısı belə deyib:

«Futbolçularıma deyirəm ki, tələsirəm, uduzmağa vaxtım yoxdu. Buna görə Çempionlar Liqasında və Primyerada çempionluq sevinci yaşamaq istəyirəm. Hər iki turniri zəfərlə başa vursaq, əla olar. Əlbəttə, ÇL-in kuboku ilə öz otlağımda gəzmək və onu inəklərimə göstərmək istəyirəm».

Qeyd edək ki, «Barselona» bu mövsüm ÇL-də F qrupunda yer alıb. Kataloniya təmsilçisi qrupdakı mübarizəni lider mövqeyində başa vuraraq pley-offa yüksəlib. İlk oyun fevralın 25-də «Napoli» ilə İtaliyada keçirilib və 1:1 hesabı ilə yekunlaşıb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *