“Onlara heyvan dedim, hərəsi bir şəxsiyyətdir…” — Video

“Evə bağlı insanam. Hazırki karantin rejimi mənə depressiv təsir etməyib. Çünki işim bitən kimi evdə olan insanam”.

Axşam.az xəbər verir ki, bu sözləri İTV-də yayımlanan “Gəl, qonaq ol” proqramının virtual qonağı olan Xalq artisti Aygün Kazımova deyib.

O, evində yaradıcılığı və idmanla bağlı yaxşı şərait qurduğunu söyləyib:

“Evdə də özümə elə şərait qurmuşam ki, rahat oluram. Səhnəyə gəlməzdən öncə idmanla məşğul olmuşam. Evdə idman ləvazimatlarım var. Evdə qızım və iki gözəl heyvanım var. İndi heyvan dedim, özümə sual verirəm ki, niyə belə dedim? Onları da qızım sayıram. Hər biri mənim üçün şəxsiyyətdir. Onlara ailəmin üzvü kimi baxıram. Hər birinin özünəməxsus xüsusiyyəti var.

Evdə məşq edirəm, düşünürəm. Karantin rejimi bizə özümüzü, həyatımızı analiz etmək üçün vaxt verdi. Elə qrafikdə işləyirik ki, düşünməyə vaxtımız olmur. Bizə bir “ayaq saxla” deyən lazımdır. Xüsusiyyətimi, olanları analiz edirəm. Nəyisə çıxarıram, nəyisə əlavə edirəm. Olanlardan müsbət enerji aldım”.

Daha sonra canlı efir zamanı idman edən sənətçiyə aparıcı Saleh Bağırov Xalq artisti Tünzalə Ağayevanın başına gələnləri nəzərdə tutaraq yıxılmamağı tövsiyyə edib.

A.Kazımova isə ona “Səhnələrdə yıxılmağın sultanı mənəm. Narahat olmayın, yıxılıb vəziyyətdən çıxmaq ancaq mənə aiddir. Heç bir travma insana təsir etməsin. Yıxılıb durmağın öz ləzzəti var” deyə, cavab verib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *