“Oğlum mənə bişirilən tortu gizlin yeyib” — Nura

“Əslində, planıma görə bu il yaxşı başlamalı idi. Çox gözəl layihələrim, mahnılarım var idi. “Onunla” mahnısını təzə təqdim etmişdim ki, karantin başladı”.

Bu sözləri Axşam.az-a açıqlamasında bu gün 43 yaşını qeyd edən müğənni Nura Suri deyib.

Sənətçi ad günü ərəfəsində təqdim etməli olduğu layihələri təxirə saldığını söyləyib:

“Tərlan Məmmədhüseynovun “Hərdən bir” adlı mahnısı var. Onu təqdim etməli, klip çəkdirməli idim, hələ ki təxirə düşüb. Bundan başqa bir mahnım da var. Hamısını hazırlamışdım ki, 2-3 aydan bir yeni fotosessiya, klip təqdim olunsun. Bu arzularım ürəyimdə qaldı. Önümüzdəki ildə nələr olacaq, hələ bir söz deyə bilmərəm”.

N.Suri hazırki karantin vəziyyətinə görə doğum gününü qeyd etmədiyini bildirib:

“Ötənilki yaşım Avstraliyadakı yanğınlarla yadda qaldı, mənə çox pis təsir etdi, hələ də özümə gələ bilmirəm. Təbiəti, canlıları çox sevirəm deyə bunu həzm etmək mənim üçün çətindir. Hazırda dünyadakı pandemiyaya görə evdə qalmışıq. Ad günümü qeyd etmirəm. Evdəyəm. Sevinən təkcə oğlum Daviddir. Səhər oyanıb dayəsi ilə ad günümə hazırladığı tortu yeyib. Neçə gündür ki, «Napaleon» tortu istəyirdi. Deyirdi ki, anamın ad gününə tort bişirək. Özü istəyir, amma mənim ad günümə bişirtdirir. Dünən gecə bişiriblər. Səhər David mən oyanmamış tortu özü kəsib yeyib. Deyir ki, onsuz da səni gecə təbrik etmişəm. Ad günüm belə keçir. Gündəlik həyat tərzim necədirsə — mətbəxdən qonaq otağına, qonaq otağından yataq otağına, evin içində gəzirik. İnşallah, bu il görək necə qurtaracaq”.

Müğənni ona gələn hədiyyələrdən söz açıb:

“Dünəndən mənə hədiyyələr gəlməyə başlayıb. Amma hamısı gözümdə eynidir. Çünki o şey ki, sənin adına gəlib. Deməli, dəyərlidir. Onun bahalısı, ucuzu olmur”.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *