Mixael Şumaxerin çempion olduğu avtomobil satışa çıxarıldı

«Formula 1″in əfsanəvi pilotu Mixael Şumaxerin dünya çempionu olduğu «Reynard 903» avtomobili satışa çıxarılıb.

«Report»un «Motorsport-Total»a istinadən verdiyi məlumata görə, bolidin qiyməti açıqlanmayıb. Bildirilib ki, bunu yalnız sorğu göndərməklə öyrənmək olar.

Şumaxerin 1990-cı ildə məhz həmin bolidlə WTS komandasının tərkibində Almaniyada «Formula-3″ün qalibi olduğu vurğulanıb. 185 at gücündə olan «Opel» yarış avtomobili tam işlək vəziyyətdədir.

Qeyd edək ki, yanvarda «Formula 1″in 7 qat çempionunun ən son fotosunun satılacağına qərar verilmişdi. Hətta sui-istifadəçilər buna görə 1 milyon funt-sterlinq ödəməyə hazır idilər.

Amma həmin vaxt Şumaxerin vəziyyətindəki dəyişiklik barədə danışan neyrocərrah Nikola Aççarri bildirmişdi ki, pilotun hazırkı görünüşü xizək qəzasından əvvəlkindən xeyli fərqlənir.

Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ildə Alp dağlarında xizək sürərkən qəzaya uğrayıb. O, başından aldığı ağır zərbədən komaya düşmüşdü.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *