Mehriban Əliyeva Türkiyəyə təşəkkür edib

Türkiyə bayraqlarının videoproyeksiya etdirilməsindən sonra bu gün Mehriban Əliyeva rəsmi “Facebook” hesabından Türkiyəyə təşəkkür edib.

Millitribuna.az xəbər verir ki, Mehriban Əliyeva paylaşımında Azərbaycan və Türkiyənin bir-birindən güc aldığını vurğulayıb:

“Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm! Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm çətin sınaq günlərində. Bizim birliyimiz, bizim gücümüz bundadır! Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram! Qoy Uca Tanrı dünyamızı qorusun!”

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində Türkiyənin koronavirusla mübarizəsinə dəstək məqsədilə Türkiyə və Azərbaycan bayraqlarının videoproyeksiya olunmasına Türkiyədən cavab gecikməmiş və paytaxt Ankaranın rəmzi olan Atakuledə Azərbaycan və Türkiyə bayraqları videoproyeksiya edilmişdi.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *