MEDİASİYA NƏDİR — BARIŞIQ, YOXSA MƏHKƏMƏ ?

         HÜQUQŞÜNAS Akif Tukanov Mediasiya ilə bağlı öz fikirlərini redaksiyamızla bölüşmüşdür.

O, qeyd edir ki, Mediasiya sahəsi gələcəkdə Azərbaycan məhkəmə sisteminə olduqca çox köməklik edəcək, ən əsası da mediasiya sahəsi, tərəflər arasında yaranan konfliktlərin məhkəmədən kənar  öz həllini danışıq və barışıq, sülh və sivil qaydada həll edilməsinə nail olacaqdır.

Mediasiya sahəsində bir mütəxəsis kimi qısa olaraq mediasiya haqqında oxuculara məlumat vermək istərdim.

Latın dilinə müraciət etsək Mediasiya “Ubi concordia – ibi victoria» – Harada razılıq varsa – Orada qələbə var” və ya“Tuto, cito, jucunde» – Təhlükəsiz, tez və  xoş” kimi anlamına gələ bilərik.

Yəni, istənilən problem və konflikt tərəflərin könüllü razılığı ilə mediasiya vasitəsi ilə öz həllini tez tapır, təhlükəsizlik, konfidensiallıq təmin olunmaq şərti ilə tərəflərin ümumi konsensusa gəlmələrini, yəni tərəflər mediasiya vasitəsi  ilə  razılıq əldə edərək sülh yolu ilə barışığa gəlirlər.

Beləliklə mediasiya tərəflər arasında yaranmış mübahisənin alternativ qaydada məhkəmədən kənar danışıqlar və barışıqlar yolu ilə həllinə deyilir. Bütün bu prossesi aparan vasitəçi şəxsə isə Mediator deyilir.

Kimlər mediator ola bilər?

“Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin tələblərinə görə aşağıda qeyd edilən əsaslara görə bu şəxslər mediator ola bilərlər:

Beləliklə, mediator olmaq istəyən fiziki şəxs aşağıdakı tələblərə cavab verməlidir:

Ali təhsilə malik olmalıdır, 25 yaşı tamam olmalıdır, ən azı 3 illik iş təcrübəsinə malik olmalıdır, mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək bu Qanunun 14.2-ci maddəsində nəzərdə tutulmuş sertifikatı əldə etməlidir;

Aşağıdakı fiziki şəxslər mediator ola bilməzlər:

Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan vəya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər,  məhkumluğu ödənilməmiş  və ya götürülməmiş şəxslər.

 

Bildiyiniz kimi, hal-hazırda Azərbaycanda yaranmış mübahisələr yalnız məhkəmə müstəvisində öz həllini tapdığı üçün tərəflərdən biri məhkəmədən narazı (məğlubiyyətlə)  çıxır və məhkəmə zalından tərəflər barışıq əldə etmək əvəzinə biri-biri ilə düşmən kimi ayrılırlar, amma Azərbaycanda dövlət tərəfindən Mediasiyaya dəstək olunduğu təqdirdə 80% mübahisələr və problemlər barışıq yolu və mehribanlıqla nəticələnəcəkdir ki, bu da bir daha xalqımızın sülhpərvər olmasını dünya ictimaiyyətinin qarşısında sübut edəcəkdir.

Hesab edirəm ki,Azərbaycanda mediasiya institutu açılmalı və peşəkar mediatorların hazırlanmasında təcrübəli müəllim heyyəti formalaşmalı və fəaliyyət göstərməlidir.

Mediasiya nəinki boşanma hallarının qarşısının alinması, hətta hüquqi və fiziki şəxslər arasında, o cümlədən əmək və iqtisadi işlərdə yarana biləcək bütün mülki mübahisə hallarının qarşısının alınmasında böyük rol oynaya bilər.

1 iyul 2020-ci il tarixindən etibarən isə İqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunacaqdır.

Hesab edirəm ki, nəinki ailə, əmək və iqtsadi işlərdə, ümumiyyətlə mübahisələrin yaranma ehtimalı olan idarə və təşkilatlarda, müəssisələrdə, uşaq baxçalarında, orta və ali məktəblərdə, kolleclərdə, hərbi hissələrdə, həbsxanalarda, polis və prokurorluq orqanlarında, məhkəmələrdə, banklarda, zavod və fabriklərdə və s yerlərdə yaranacaq mübahisələrin qarşısını almaq üçün peşəkar mediatorlar gərəkdir.

Əziz və hörmətli oxucular, vətəndaşlar.

Bir mütəxəsis mediator kimi  vətəndaşlarımıza, hüquqi və fiziki şəxslərə öz problemlərinin həllini sivil qaydada danışıq və barışıq yolu ilə məhkəmədən kənar həll etmələrini, uzun uzadı məhkəmə çəkişmələrində itiriləcək vaxtlarına qənaət etmələri məqsədi ilə yaranmış mübahisələrinizin həll edilməsində  mütəxəsis mediatorlara müraciət etməyinizi tövsiyə edirəm.

«Azərbaycan Hüquq və Mediasiya Mərkəzi» MMC-nin

 Rəhbəri Hüquqşünas Akif Tukanov

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *