Maşından pul oğurlayan şəxs saxlanıldı

Bakıda oğurluq edən keçmiş məhkum tutulub.

Millitribuna.az DİN-in saytına istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də rayon ərazisində “KİA” markalı avtomobildən 1000 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş T.Mehdiyev saxlanılıb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *