«Koronavirusa yoluxmaq istərdim» — Frank De Bur

ABŞ-ın «Atlanta Yunayted» klubunun baş məşqçisi Frank De Bur koronavirus pandemiyası ilə bağlı maraqlı açıqlama verib.

Qol.az xəbər verir ki, 50 yaşlı hollandiyalı mütəxəssis testdən keçdiyini və nəticəsinin mənfi olduğunu, ancaq buna o qədər də sevinmədiyini deyib:

«Koronavirus testim mənfi çıxdı. Amma mən müsbət olmasını istərdim. Belə olsaydı, artıq müalicə olunmuş və immunitetimi artırmış olardım».

Qeyd edək ki, ABŞ hazırda koronavirusdan ölənlərin sayına görə birincidir. Pandemiya orada 26 min insanın həyatına son qoyub.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *