KİV: «Fənərbağça» Eusebio Di Françesko ilə razılığa gəldi

Türkiyənin «Fənərbağça» klubu italiyalı baş məşqçi Eusebio Di Françesko ilə razılığa gəlib.

«Report»un İtaliya KİV-inə istinadən verdiyi məlumata görə, 51 yaşlı mütəxəssis İstanbul təmsilçisinin rəhbərliyi ilə futbolçu transferləri barədə də danışıb.

Onun 3 tanınmış futbolçunu özü ilə birlikdə Türkiyəyə aparacağı vurğulanıb.

Qeyd edək ki, Eusebio Di Françeskonun Azərbaycan millisində baş məşqçi postuna namizəd olduğu yazılmışdı.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *