İran tibbi məhsulların ixracını qadağan etdi

«İran koronavirusa görə yaranmış vəziyyətlə əlaqədar olaraq tibbi avadanlıq və pereparatların ixracatını qadağan edib».

Millitribuna.az report.az-a istinadən bildirir ki, bunu İranın ticarətin inkişafı təşkilatının rəhbəri, sənaye və ticarət nazirinin müavini Həmid Zadbum bildirib.

Onun sözləinrə görə, bura bir sıra tibbi məhsullar, o cümlədən maska, onun hazırlanmasında istifadə edilən parça və materiallar, virusdan müdafiə geyimlərinin ixracatı daxildir: “Bu qadağa həmin avadanlıq və məhsullara özümüzün ehtiyacı oluduğunu göstərir. Qadağa daxili bazarın tələbatı ödəməsindək qüvvədə qalacaq”.

Qeyd edək ki, aprelin 14-inə olan məlumata əsasən, İranda 74 877 nəfər koronavirusa yoluxub, 4 683 nəfər isə virusun qurbanı olub.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *