İdman jurnalistlərinə aylıq 600 avro ödəniş ediləcək

İtaliya hökuməti koronavirus pandemiyasının yaratdığı problemlər səbəbindən maddi yardıma ehtiyacı olan peşə sahibləri sırasına jurnalistləri də daxil edib.

Fanat.Az Beynəlxalq İdman Mətbuatı Assosiasiyasına istinadən xəbər verir ki, onların müəyyən bir qismini idman jurnalistləri təşkil edir. Sözügedən peşə sahiblərinə hökumət tərəfindən aylıq 600 avro ödəniş ediləcək.

Karantin vəziyyəti ilə əlaqədar olaraq bəzi idman jurnalistləri vəzifələrini yerinə yetirə bilmədikləri üçün ödənişlərin növbəti aylarda da həyata keçiriləcəyi istisna deyil.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *