İcbari Tibbi Sığorta ötən ilin hesabatını açıqladı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 2019-cu il üzrə fəaliyyətinə dair hesabatını açıqlayıb.

Millitribuna.az xəbər verir ki, illik hesabatda pilot layihənin göstəriciləri üzrə nəticələr, layihə dövründə Agentliyin tabeliyinə verilən tibb müəssisələrində həyata keçirilən yeniliklər, tibbi statistik göstəricilər və icbari tibbi sığorta sahəsində görülən işlər barədə məlumatlar öz əksini tapıb.

Məlumat üçün bildirək ki, icbari tibbi sığorta pilot layihə çərçivəsində 1 yanvar 2017-ci ildən Mingəçevir şəhərində və Yevlax rayonunda, 16 fevral 2018-ci ildən 2020-ci ilə qədər Ağdaş rayonunda tətbiq edilib. Layihə müddətində əhalidən sığortahaqqı toplanılmayıb. Hesabat dövrü ərzində pilot ərazilərdə sığortaolunanların sayı 343 min 800 nəfər təşkil edib.

Pilot ərazilərdə fəaliyyət göstərən tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması məqsədilə bir sıra tədbirlər görülüb. Belə ki, 2018-ci illə müqayisədə çarpayıda keçirilən günlərin orta sayı 4,6-dan 4,2-yə qədər azalıb. 2019-cu ildə pilot ərazilərdə həkimə gəlişlərin sayı 1,4 milyon, evə yazılan xəstələrin sayı 23 min 888 nəfər, cərrahi əməliyyatların sayı isə 10 min 060 təşkil edib. 2018-ci illə müqayisədə ötən il həkimə gəlişlərin sayında 26% artım müşahidə olunub.

Ümumilikdə 2019-cu ildə pilot layihə çərçivəsində səhiyyə xərclərinin maliyyələşdirilməsinə 42 290,40 min manat vəsait sərf edilib ki, bu vəsaitin 34 593 min manatı Agentliyin tabeliyinə verilmiş tibb müəssisələrinin (ilkin səhiyyə xidməti daxil olmaqla), 4 346,41 min manatı pilot ərazilərdə göstərilməsi mümkün olmayan baza zərfinə daxil olan tibbi xidmətlər üçün Agentliklə müqavilə əsasında fəaliyyət göstərən tibb müəssisələrinin, 3 350,99 min manatı isə əvəzləşdirilə bilinməyən və dövlət büdcəsinə geri qaytarılmış əlavə dəyər vergisinin payına düşür.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *