İbrahim Məmmədov: «Biz hələ də virusa qalib gəlməmişik»

«Karantin müddətinin bitməsi və ya uzadılması vəziyyətdən asılıdır».

Millitribuna.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, məsələyə vaxtında ciddi yanaşıldığından bəzi ölkələrdəki kimi dəhşətli faktlar olmadı:

«Biz hələ də virusa qalib gəlməmişik. Mübarizə gedir və pozitiv nəticələr bizi ruhlandırmalıdır ki, bir az da cəhd etsək, vəziyyəti qaydasına düşər. Vəziyyətdən mərhələli çıxış sonrakı mərhələdədir». (report.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *