Davudoğlu Ərdoğan hakimiyyətinin gizlinlərini açdı

Kürəkən ilə Süleyman Soylu arasında rəqabət gedir.

Millitribuna.az xəbər verir ki, AKP-dən istefa verən və Gələcək Partiyasını quran keçmiş baş nazir Əhməd Davudoğlu FOX TV-də İsmail Küçükkayanın “Zəngli saat” proqramında sensasiyalı bəyanatlarla çıxış edib.

2016-cı ildə istefa verən Ə.Davudoğlu, daxili işlər naziri Süleyman Soylunun istefası və geri çəkilməsi prosesini qiymətləndirib:

“Daxili işlər naziri Süleyman Soylu Prezident Ərdoğandan xəbərsiz komendant saatı qərarı verə bilməz. Soylunun istefası düzgün bir qərar idi, amma bunun arxasında dayana bilmədi”.

Hökuməti sərt tənqid edən Əhməd Davudoğlunun digər açıqlamaları bunlardır: “Hökumətdəki nazirlər səlahiyyət baxımından bərabər görünür, amma hər zaman bir nazir bir addım qabaqdadır. Cənab Soylu ilə cənab Albayrak arasında bir rəqabətdən söhbət gedir”.

Davudoğlu illər sonra açıqladı: Mən istefa verdiyim zaman partiya təşkilatları kütləvi şəkildə istefaya hazır idi

Sonra Əhməd Davudoğlu 2016-cı ildə istefa səbəbindən də danışıb:

“Bunu xatırlatmaq istəməzdim. Ancaq mən baş nazir vəzifəsindən istefa etdiyim zaman “aşağı səviyyəli baş nazir axtarılır” deyildi. Aydındır ki, mən bu kateqoriyaya adi deyiləm, vəzifəmi səlahiyyətlərimə tam şəkildə uyğun olaraq icra edirdim. Heç kim əksini iddia edə bilməz. Səlahiyyətlərimi icra etməyə maneə yaranan kimi istefa verdim. Mən fədakarlıq nümayiş etdirərək idarəetmədə böhran baş verməməsi üçün istefa verdim”.

Daha sonra sabiq baş nazir daha bir sensasiyalı bəyanat verib: “İlk dəfə söyləyirəm. Mən istefa verəndə bütün partiya təşkilatları kütləvi şəkildə “İstefamızı sizinlə birlikdə edək” dedilər. Mən buna getmədim”.(AzToday.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *