BŞİH əməkdaşları talassemiyalı uşaqlar üçün qan veriblər

BŞİH əməkdaşları Milli Hematologiya və Transfuziologiya Mərkəzinə gələrək talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün könüllü qan veriblər.

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qanvermə təşəbbüsünə qoşulublar.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib ki, BŞİH əməkdaşları Milli Hematologiya və Transfuziologiya Mərkəzinə gələrək talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün könüllü qan veriblər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *