Bakıda ekspres marşrutlara əlavə avtobuslar cəlb edildi

Artan sərnişin axınının düzgün idarə olunması və sərnişinlərin vaxtında daşınmasını təmin etmək məqsədi ilə ekspres xətlərə əlavə avtobuslar cəlb edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu həftənin ilk iş günü müntəzəm və ekspres xətt avtobusları ilə 485 742 sərnişin daşınıb:

«Aprelin 14-də isə bu rəqəm 478 679 nəfər olub. Ötən həftənin müvafiq günləri ilə müqayisədə bu 23 % artım deməkdir. Artan sərnişin axınının düzgün idarə olunması və sərnişinlərin vaxtında daşınmasını təmin etmək məqsədi ilə ekspres xətlərə əlavə avtobuslar cəlb edilib.

Onu da qeyd edək ki, sərnişin axını əsasən səhər saat 7-9 aralığında müşahidə olunur. Bir daha bildiririk ki, xüsusi karantin rejimində icra olunan sərnişindaşımaların təşkilində başlıca məqsəd həyat əhəmiyyətli sahələrdə çalışan vətəndaşların ictimai nəqliyyatdan rahat və fasiləsiz istifadəsini təmin etməkdir».

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *