Azərbaycanda tədris nə vaxt bərpa olunacaq? — Rəsmi açıqlama

“Təhsil sistemində tədrisin tam olaraq bərpa olunması iki milyon insanın gündəlik hərəkəti deməkdir”.

Millitribuna.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov AZTV-də yayımlanan “Hədəf” proqramında bildirib.

Onun sözlərinə görə, koronavirus pandemiyasına qarşı çevik və zamanında görülən tədbirlər nəticəsində ölkəmizdə vəziyyət nəzarətdədir:

«Nazirlər Kabineti yanında operativ qərargah bütün məsələləri və riskləri nəzərə alaraq, ölçülüb-biçilmiş formada sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul edəcək. Dərslərin dayanması müddətinin uzadılması barədə qərar qəbul edilsə, ictimaiyyətə məlumat veriləcək”.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *