Aİ-nin karantin tədbirləri 3 trilyon avroya başa gəlib

Avropa İttifaqının (Aİ) koronavirus pandemiyası ilə mübarizə üzrə karantin tədbirləri 3 trilyon avroya başa gəlib.

Millitribuna.az trend-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

O bildirib ki, bu məbləğ iqtisadi böhranla mübarizə aparmaq üçün ayrılıb və Avropa İttifaqı ölkələrinə öz iqtisadiyyatlarına likvidlik əlavə etməyə icazə verilib.

Avropa Komissiyasının rəhbəri qeyd edib ki, Aİ-nin pandemiya ilə mübarizəsində çoxlu sayda iqtisadi çətinlikləri yaranıb. Bununla belə, o əlavə edib ki, karantin tədbirləri mərhələli şəkildə və bütün üzv ölkələrin tam koordinasiyası ilə aradan qaldırılmalıdır.

Milli.Az

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *