ABŞ-da 55 növ virus yayıla bilər

«ABŞ-da karantində olan Nyu-York və Los-Anceles kimi böyük şəhərlərə təkcə koronavirus deyil, kanalizasiya siçanları da təhlükə törədir».

Millitribuna.az oxu.az-a istinadən xəbər verir ki, bunu gəmiricilər üzrə amerikalı mütəxəssis Bobbi Korriqan NBC telekanalına müsahibəsində deyib.

“Belə bir vəziyyətdə 55 fərqli virusa qarşı mübarizə aparmalı ola bilərik”, — deyə xəbərdarlıq edən mütəxəssis ac siçanların böyük şəhərləri bürüyəcəyi xəbərdarlığını edib.

Epidemiya səbəbindən böyük şəhərlərdə restoran və kafe kimi iaşə müəssisələri bağlandıqları üçün siçovullar ənənəvi yemlərindən məhrum olublar.

Korriqan bu hadisənin insanlıq tarixində gördüyümüz müharibələrə uyğun olduğunu qeyd edərək, siçovulların əvvəlcə zibil tullantılarının ən yaxşısını almaq üçün vuruşduğunu, qida qalmadıqda digər siçanların balalarını yeməyə başlayacaqlarını deyib.

O, ABŞ-ın Yeni Orlean şəhərində karantin tətbiqindən sonra küçələrdə yem axtaran siçanların göründüyünü və bu cür videoların sosial mediada ötən aydan başlayaraq yayıldığını xatırladıb.

Sözügedən xəbərdarlıqların yalnız ABŞ üçün keçərli olmadığını vurğulayan mütəxəssis bənzər hadisənin Tailandın paytaxtı Banqkokda da yaşandığını vurğulayıb. O, siçanlar kimi digər canlıların da yemək axtarmaq üçün şəhərin küçələrinə yayıldığını söyləyib.

“Bu siçanlar mənzilimizə gəlsə, 55 fərqli virusla mübarizə aparmalı olacağıq”, — deyərək, Korriqan siçanların hətta bir santimetrlik çuxurlardan belə keçməyə qadir olduqlarını nəzərə çatdırıb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *