TƏBİB-dən tibbi maskalardan istifadə ilə bağlı vətəndaşlara müraciət

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) qoruyucu tibbi maskalardan istifadə ilə bağlı məlumat yayıb.

Millitribuna.az xəbər verir ki, məlumatda maskanı taxmazdan öncə əllərin ən azı 20 saniyə su və sabunla yuyulmasının vacibliyi vurğulanıb.

Qeyd olunub ki, su və sabun olmadığı halda əllər 20-30 saniyə spirt əsaslı antiseptik ilə dezinfeksiya edilməlidir. Maska qatlı hissəsi çöl tərəfdə qalaraq üst tərəfindəki metal lent burun üzərinə gətirilərək taxılmalıdır.

Maska rezinlidirsə maskanın yanlarındakı rezinlər qulaq seyvanından keçirilərək taxılmalıdır. Maska iplidirsə maskanın üst kənarlarındakı iplər qulaqların üstündən keçirilərək başın arxa hissəsində bağlanmalıdır. Alt kənarlarındakı iplər ənsədə bağlanır.

Maskanın üst tərəfindəki metal lent burun üzərinə yüngülcə basılaraq yerləşdirilməlidir. Maska burun, ağız və çənəni tamamilə örtməlidir. Belə olanda kənarlardan hava keçmir.

Maska burun, ağız və çənəni tam örtən, daha çox çirklənən ön hissəsinə toxunulmadan çıxarılmalıdır. Rezinlidirsə qulaq arxasındakı rezinlərdən tutaraq çıxarılmalıdır. İplidirsə əvvəl ənsə hissəsindəki alt iplər, sonra arxasındakı üst iplər çıxarılmalıdır. Bununla da maskanın əldən düşməsinin qarşısı alınır. Çıxarılan maska rezinlərindən və ya iplərindən tutularaq tullantı qabına atılmalıdır. Qabın qapağının bağlı qalması təmin olunmalıdır.

Maskanı çıxardıqdan sonra əllər ən azı 20 saniyə su və sabunla yuyulmalıdır. Su və sabun olmadığı halda əllər 20-30 saniyə spirt əsaslı antiseptik ilə dezinfeksiya edilməlidir. (report.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *