Qazaxıstanda fövqəladə vəziyyət rejimi uzadıldı

Qazaxıstanda yeni növ koronavirusla mübarizə məqsədilə 15 martda elan edilmiş fövqəladə vəziyyət rejimi uzadılıb.

Millitribuna.az yenicag.az-a istinadən xəbər verir ki, bununla bağlı ölkə prezidenti Kasım Comərt Tokayev sərəncam imzalayıb.

Sərəncama əsasən Qazaxıstanda fövqəladə vəziyyət rejimi mayın 1-dək uzadılıb.

Qeyd edək ki, Qazaxıstanda koronavirusla bağlı yaradılmış coronavirus2020.kz saytındakı son rəqəmlərə görə ölkədə koronavirusa yoluxmuş şəxslərin sayı 1179-a yüksəlib. Bu günədək 150 nəfər müalicə alaraq sağalıb, 14 nəfər isə xəstəlikdən vəfat edib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *