OPEK+ razılaşması neftin qiymətini nə qədər artıracaq?

epa05560109 OPEC logo seen at the Palace Congress building during 15th International Energy Forum (IEF15) and informal meeting of the Organization of Petroleum Exporting Countries (OPEC) ministers in Algiers, Algeria, 28 September 2016. Algeria is hosting the 15th International Energy Forum (IEF15) between 26 and 28 September. Members of the Organization of the Petroleum Exporting Countries (OPEC) will reportedly have talks in Algeria on the sideline of the meeting. EPA/MOHAMED MESSARA

Neft hasilatının azaldılmasına dair OPEK+ çərçivəsində yeni saziş, nəhayət ki, elan olundu.

Millitribuna.az xəbər verir ki, sazişə əsasən OPEC+ ölkələri neft hasilatının sutkada 9,7 milyon barelə qədər azaldılmasından sonra 2020-ci ilin ikinci yarımilində bu həcmi 7,7 milyon barelə endirəcəklər.

2022-ci ilin aprel ayının sonlarına qədər iştirakçılar hasilatı sutkada 5,8 milyon barelədək azaldacaqlar. Hasilatın azaldılmasının baza göstəricisi, Rusiya və Səudiyyə Ərəbistanı istisna olmaqla, bütün ölkələr üçün 2018-ci ilin oktyabr ayı olacaq. Onlar üçün gün ərzində 11 milyon barel baza göstəricisi əsas götürüləcək.

Bundan başqa, qeyd edilir ki, «OPEC+» ölkələri 2021-ci ilin dekabr ayında yeni razılaşmanın müddətinin uzadılmasının mümkünlüyünü nəzərdən keçirəcəklər.

Bu razılaşmanı Azərbaycanın Energetika Nazirliyi yüksək qiymətləndirib. Nazirliyin yaydığı açıqlamada razılaşma “tarixi nailiyyət” hesab edilir: ““OPEC plus” ölkələri nazirlərinin X iclasında neft istehsalçıları, istehlakçıları, bütövlükdə dünya itisadiyyatı üçün tarixi bir razılaşma əldə olundu. Bu format çərçivəsində ilk dəfə olaraq iki illik müddəti və böyük istehsal həcmlərinin ixtisarını nəzərdə tutan və qlobal dəstəklə müşayiət olunan bir qərar qəbul edildi”.

Nazirlik qeyd edir k, qərar “OPEC plus” formatından kənar ölkələrin də hasiatı azaltmalarını təşviq edir və ilk dəfə olaraq digər iri neft istehsalçıları da bu prosesə qoşulurlar. ABŞ-ın Meksikanın öhdəliyinin 300 min barrelini öz üzərinə götürməsi buna bir nümunədir. ABŞ, Kanada, İndoneziya, Norveç və Braziliya kimi iri neft istehsalçılarının “OPEC plus” ölkələri ilə həmrəylik nümayiş etdirərək, gündəlik neft istehsalını 4-5 milyon barrel həcmində könüllü şəkildə azaldacaqları nəzərdə tutulur: “Beləliklə, İran, Venesuela və Liviyada gündəlik xam neft hasilatının 2,8 milyon barrel azalacağını da nəzərə alsaq, “OPEC plus” ilə başlayan və digər ölkələrlə dəstəklənən təşəbbüs çərçivəsində mayın 1-dən etibarən dünya neft bazarına ümumilikdə gündəlik 20 milyon barrel az neft daxil olacaq. Bu isə koronavirus pandemiyasının neftə qlobal tələbatı kəskin zəiflətdiyi bir vəziyyətdə neft bazarına və neftin qiymət sabitliyinə çox böyük bir töhfədir”.

OPEK+ razılaşması neft qiymətlərini nə qədər yüksəldə bilər? Azərbaycan razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəliyə əməl edə biləcəkmi?

Sualları cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərovun Musavat.com-a bildirdiyinə görə, koronavirus pandemiyasının dünyada neftə tələbatı kəskin azaltdığı bir dövrdə OPEK+ formatında ortaq məxrəcə gəlinməsinin özü bir fakt kimi çox mühüm əhəmiyyət kəsb edir: “Bu, bazar üçün bir siqnaldır ki, hasilatçılar qiymətlərin ifrat həddə düşməsinə imkan vermək niyyətində deyillər. İndiki mərhələdə — yaxın 1-2 həftə ərzində neft qiymətlərinə ciddi təsiri olmasa belə, ölkələrin, xüsusilə də Rusiya, Səudiyyə Ərəbistanı və deyərdim ki, ABŞ-ın bazarla bağlı ortaq mövqeyə gəlməsi çox müsbət haldır. Bu razılaşma olmasaydı, koronavirusdan sonra dünya iqtisadiyyatının bərpası daha uzun müddət tələb edəcəkdi. Neft bazarında isə əsl qiymət xaosu yaranacaqdı”.

Ekspertə görə, koronavirus pandemiyasının mənfi təsiri fonunda OPEK+ razılaşması dünya bazarında qiymətlərə 10 dollara yaxın müsbət təsir edib: “Bu, bir növ qiymətlərdə döşəmə (ən aşağı) həddinin formalaşmasına səbəb oldu. Bu təsirin mayın əvvəlində bir qədər də yüksələcəyi gözləniləndir. Lakin qiymətlərin yalnız bu ilin sonunadək 40-45 dollara çatması ehtimalı var. Yaxın bir neçə ay ərzində isə 35-40 dollara qədər yüksələ bilər. O da bir şərtlə ki, mayın əvvəlindən pandemiyanın səngiməsinə nail olunsun”.

Azərbaycanın OPEK+ çərçivəsində üzərinə götürdüyü öhdəliyə əməl etməsi çətinlik yaratmayacaq. P.Heydərov deyir ki, ölkədə hasilatın təbii azalması prosesi gedir: “Bizdə onsuz da son illərdə hasilatın səviyyəsində təbii azalma gedirdi. Bu baxımdan, götürülən öhdəliyə əməl etmək ciddi çətinlik yaratmayacaq”.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *