NASA Marsa helikopter göndərir

ABŞ-ın aerokosmik agentliyi — NASA Mars planetinə helikopter göndərəcəyini açıqlayıb.

Millitribuna.az xəbər verir ki, “Demirören Haber Ajansı” (DHA) məlumat verir ki, “Mars 2020” missiyasının bir hissəsi olaraq, helikopter “Mars Perseverance” kosmik gəmisinə quraşdırılacaq.

“Mars 2020” missiyası çərçivəsində hazırlanan helikopter “Kennedy Space Centre”də son hazırlıq mərhələsindədir. Mars helikopterinin son sınaqlarının davam etdiyi və onun NASA-nın ən qabaqcıl texnoloji aparatı olacağı qeyd edilir.

NASA səlahiyyətliləri sözügedən missiya həyata keçirilərsə, bəşəriyyət tarixində ilk dəfə başqa planetdə idarə olunan uçuşun reallaşacağını bildirirlər. Mars helikopteri Qırmızı planetə çatdıqdan üç ay sonra uçuşa hazır olacaq. Helikopter Günəşdən zəruri enerjini alacaq və sonradan lazım olan ehtiyat enerjini özü istehsal edəcək.

Mars helikopterinin nümunələr toplamaq və ya məlumatların təhlili kimi hər hansı elmi vəzifəsinin olmadığı bildirilib. Helikopter Marsın yüngül atmosferində uçmağın mümkün olduğunu göstərəcək. Layihə uğurla başa çatarsa, Mars və digər planetlər daha sürətlə öyrəniləcək.(pia.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *