Koronavirusda ilk: Ölən şəxsdən virusa yoluxma faktı aşkarlandı

Dünyada bu günə qədər 120 mindən çox insan koronavirusdan dünyasını dəyişib.

Millitribuna.az xəbər verir ki, virusa yoluxma və ölüm sayının hər keçən gün daha çox artdığı bir vaxtda insanları təşvişə salan daha bir fakt ortaya çıxdı – virus ölən şəxsdən də yoluxa bilir.

Tailanddan gələn bu xəbər koronavirus tarixində ilk dəfədir ki, ortaya çıxıb. Ölkənin “BuzzFeed” xəbər agentliyində dərc edilən məlumata görə, ilk dəfə olaraq ölən şəxsdən başqasına koronavirus keçib. Məlumatda bildirilir ki, virus ölən şəxsdən məhkəmə-tibb eskpertizasında işləyən şəxsə yoluxub.

Qeyd edək ki, koronavirusdan öncə dəhşətli Ebola virusunun da cəsəddən digərinə yoluxduğu faktı aşkarlanmışdı. Mütəxəssisrlər yeni tip koronavirusun ölü bədəndə nə qədər yaşaya bildiyini hələ ki dəqiqləşdirməyib. (musavat.com)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *