Koronavirusa görə milyard itirən milyarderlər — Siyahı

Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə dünyanın bir çox yerində şirkətlər bağlanıb, mağazalar fəaliyyətini müvəqqəti dayandırıb.

Bu isə milyarderlərin də biznesinə təsirsiz ötüşməyib. Bəziləri min, bəziləri milyon, bəziləri isə milyardlar itirib.

Axşam.az xəbər verir ki, «Forbes» dərgisi hər il hazırladığı milyarderlər siyahısını bu dəfə onların itirdikləri məbləğə həsr edib.

Siyahıda hər zaman ilk 10 sırada yer alan iş adamları koronavirusa görə nə qədər məbləğ itirib?

Fransız iş adamı,»LVMH»ın sahibi Bernar Arno ticarət mərkəzlərinin bağlanması ilə 14 milyard dollar itirib. Onun var-dövlətinin ümumi dəyəri 84,6 milyarda enib. Hələ bir neçə həftə əvvəl Arno dünyanın ən varlı insanı idi və onun var-dövləti 100 milyard dollar dəyərində idi.

Fransız milyarder, «Saint Laurent» və «Gucci» kimi brendlərin daxil olduğu «Kering»in sahibi Fransua Pino bir neçə həftə içində 5,9 milyard dollar itirib. O, ümumilikdə 30,6 milyard dollar sərvətin sahibidir.

Var-dövləti 17,3 milyard dollar olan «Luxottica» eynəklərinin yaradıcısı Leonardo del Vekkio 4,9 milyard dollar itirib. «Dünyanin qadın liderləri virusa qarşı necə mübarizə aparır?»nın əsas mağazası Milanda yerləşir və hazırda fəaliyyətini müvəqqəti dayandırıb.

COVID-19 ispan milyarder, «Zara» və «Massimo Dutti»nin sahibi Amansio Orteqaya da təsirsiz ötüşməyib. O, 5,2 milyard dollar itirib. Hazırda Orteqinin sərvəti 58,1 milyard dollar dəyərindədir.

«L’Oréal»ın yaradıcısının varisi, dünyanın ən varlı qadını Fransuaz Betankur-Mayersin sərvəti 8,9 milyard dollar azalıb. Hazırda onun 48,3 milyard dollar sərvəti var.

«Amazon»un yaradıcısı Ceff Bezos hələ də dünyanın ən varlı şəxsi olaraq qalır. Onun sərvəti 6,4 milyard dollar azalaraq, 110,5 milyard dollara düşüb.

«Facebook»un yaradıcısı Mark Zukerberq 5,7 milyard dollar itirib. Onun sərvəti 57,4 milyard dollara enib.

«Google»un təsisçisi Larri Peyc 4 milyard dollar itirib. Onun sərvəti 51,7 milyard dollara enib.

«Microsoft»un keçmiş rəhbəri Stiv Balmer 4,3 milyard dollar itirib. Onun sərvəti 52,3 milyard dollardır.

«Microsoft»un yaradıcısı Bill Qeyts 5,3 milyard dollar itirib. Onun hazırda var-dövləti 99,2 milyard dollar dəyərindədir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *