İlham Əliyev İsa İsayevlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev İsa Hüseyn oğlu İsayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Millitribuna.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda səhiyyənin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə İsa Hüseyn oğlu İsayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, İ.İsayev Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin şüa müalicəsi şöbəsinin rəhbərdir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *