Fransada karantin rejiminin müddəti artırıldı

Fransada COVID-19 epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə yaradılmış karantin rejimi mayın 11-ə kimi uzadılıb.

Millitribuna.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron xalqa müraciətində bildirib.

“Mayın 11-dən etibarən biz yeni mərhələyə qədəm qoyacağıq”, — ölkə prezidenti deyib.

E.Makron bildirib ki, həmin gündən etibarən ölkə ərazisindəki orta məktəblər, uşaq bağçaları qapılarını açacaq. Lakin restoranlar, kafelər, teatrlar, kinoteatrlar, muzeylər, sərgilər və digər mədəniyyət ocaqları iyulun ortalarına qədər bağlı qalacaq.

E.Makronun sözlərinə görə, yeni qərara qədər ölkənin sərhədləri də bağlı saxlanılacaq.

Xatırladaq ki, Fransada koronavirusun yayılmasının qarşısının alınması üçün karantin rejimi martın 17-də tətbiq edilib və ölkədə vətəndaşların hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb. Həmin gündən ölkə əhalisi istisna hallarda evdən çölə çıxa bilir.

Bu günə qədər Fransada 14 967 nəfər koronavirusun qurbanı olub. (report.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *