«Elə bir mağazaya 510 manat borcum var» — Aktrisa

«8 martdan indiyənə qədər bu gündəyəm. Üç dəfə müalicə götürmüşəm. Oğlum gəlib kömək edir, utanıram. Onun xanımı rəhmətə gedib. Digər oğlum və gəlinim uzaqda yaşayır. Qızım da yoxdur».

Millitribuna.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Lətifə Əliyeva «Elgizlə izlə» verilişində deyib. Səhhətində problem olan aktrisa çətin günlər yaşadığı söyləyib:

«Yaşım çoxdur, küçəyə çıxa bilmirəm. Təkcə bir mağazaya 510 manat, tərəvəz mağazasına isə 110 manat borcum var. Bir dəfə eyvana çıxdım, paltar sərməyə, qəfildən ağrı tutdu. O gündən ağrılarım çoxdur. Əsa götürəndən sonra bir az rahatam».

Aktrisa efirlərdən şikayətlənib. O bildirib ki, heç bir ekran işinə onu çəkmirlər:

«Sənətlə yaşayan insanam. 10 ildən çox sənətdən uzaq qaldım. Səhnə üçün darıxdım. Efirlər mənə qəddarlıq etdi. Ürəyimdə hələ də aktrisalıq hissi qalıb. Nə etmişəm sizə, niyə məni çəkmirsiz? Adım teatrda gedir, amma gedib oynaya bilmirəm».

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *