Çoxmənzilli binalarda idarəetmə sistemi necə qurulmalıdır?

Vəkil Eldəniz Səmədoğlu yazır…

Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarı, sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək, əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil.

Tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarına sahib olacaq şəxslər bu fəslin müddəalarına uyğun olaraq, müştərək cəmiyyəti yaratmaq hüququna malikdir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaşayış binasının sahə mülkiyyətçiləri tərəfindən ümumi yığıncağın iclasının qərarı ilə təsis olunur. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaradan iştirakçıların səslərinin sayı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxunu təşkil etməlidir.

Sahə mülkiyyətçilərinin ümumi yığıncağında mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsis etməsi barədə qərar qəbul edilir. Daha sonra hər bir sakinin mənzil və ya qeyri-yaşayış sahəsində mülkiyyət hüququnu (əgər sakinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışsa, müqavilə, oreder və s.) təsdiq edən sənəd barədə məlumatlar, şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd barədə məlumatlar həmin qərarda öz əksini tapır.

Qəbul edilmiş qərar əsasında təsis edilmiş mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin təsisçiləri çoxmənzilli yaşayış binasının sakinləri hesab edilir və həmin qərarı mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti təsis etmiş hər bir təsisçi yəni, sakin imzalayır.
Daha sonra təsisçilər tərəfindən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqi ünvanı müəyyən edilərək (hüquqi ünvan mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə seçilmiş sədrin ev ünvanı da ola bilər) təsdiq edilir.

Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin təsis edilməsi barədə qərarın qəbul edilməsi üçün hüquqi ünvanın müəyyən edilməsi barədə sənəd, təsisçilərin mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış və şəxsiyyət vəsiqələrinin surətləri ilə birlikdə yeni təsis edilmiş mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin dövlət qeydiyyatına alınması üçün qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizə ilə AR Ədliyyə Nazirliyinin Notariat və qeydiyyat Baş İdarəsinə müraciət edilməlidir.

Millitribuna.az

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *