BVF Gürcüstana 447 mln. dollar ayıracaq

Beynəlxalq Valyuta Fondu (BVF) Gürcüstan hökumətinə 447 mln. ABŞ dolları ayıracaq.

Millitribuna.az apa.az-a istinadən xəbər verir ki, bunu Qurumlararası Kordinasiya Agentliyinin iclasından sonra mətbuata açıqlamasında Gürcüstanın Baş naziri Giorgi Qaxaria deyib.

Onun sözlərinə görə, BVF ilə birgə həyata keçiriləcək proqramla bağlı müzakirələr artıq başa çatdırılıb və razılıq əldə edilib. Baş nazir əlavə edib ki, ilin sonunadək Gürcüstan iqtisadiyyatına beynəlxalq donorlardan ümumilikdə, 1,5 mlrd. dollar həcmində maliyyə cəlb ediləcək:

“Beynəlxalq donorlar Gürcüstanda özəl sektorun inkişafı üçün əlavə olaraq 500 mln. dollar ayırmağa hazır olduqlarını bildirir”.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *