ABŞ-da bəzi neft şirkətləri hasilatı dayandırır

ABŞ-ın “Texland Petroleum LP” neft şirkəti tələbatın kəskin azalması səbəbindən bütün buruqlarda neft hasilatını dayandırır.

Millitribuna.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazır.

Şirkətin prezidenti Cim Uilkesin sözlərinə görə, “Texland” Vaşinqtona 73 əməkdaşa əməkhaqqının verilməsi üçün kredit ayrılması imkanları ilə bağlı müraciət edib.

Bundan başqa, aprel və may aylarında “Continental Resources” şirkəti neft hasilatını 30% azaltmaq niyyətindədir.

Qəzetin məlumatına görə, “Parsley Energy” şirkəti də 150 buruqda işlərini dayandırıb. Şirkətdən qeyd ediblər ki, onların fəaliyyəti rentabelliyini itirib.

Martda həmçinin “Exxon Mobil” və “Royal Dutch Shell” kimi iri neft şirkətləri də bildiriblər ki, onlar xərclərini təxminən 50 mlrd. ABŞ dolları dəyərində azaldırlar. (report.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *