Türkiyə səfirliyi Ermənistana yardımla bağlı iddialara cavab verdi

Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi Ankaranın koronavirusla bağlı Ermənistana humanitar yardım göndərdiyi barədə məlumatlara münasibət bildirib.

Diplomatik nümayəndəlikdən bildirilib ki, bu informasiyalar həqiqəti uyğun deyil:

“Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bunun xaricində hər hansısa yardım göstərilməyib”, — səfirlikdən qeyd olunub.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *