Putinin İtaliyaya yardımı Avropa Birliyində mübahisələrə yol açıb — Təhlil

Kreml koronavirusdan istifadə edərək Avropanı parçalamaqda suçlanır.

Muhammet Örtlek

“Yeni Asya”, Türkiyə, 11 aprel 2020-ci il

Qlobal dünyada pandemiya elan edilmiş koronavirusla tibbi mübarizə zamanı yaranan problemin siyasi, iqtisadi və sosial sahələrdəki təsirləri özünü göstərməyə başlayır. Dünya ölkələri yaranmağa başlayan işsizlik, qıtlıq və yoxsulluq kimi sosial-iqtisadi problemlərlə mübarizə üçün müxtəlif həll yolları axtarışındadır.

Avropa Birliyinin (AB) üzv ölkələrə, xüsusilə də yoluxmanın ən çox vüsət aldığı İtaliyaya yardımlarının gecikməsi və edilən yardımların yetərsizliyi Avropa Birliyi üzvləri arasında müəyyən mübahisələrə səbəb olub. İtaliyanın Koronavirus Təcili Vəziyyət komissarı Domeniko Arcuri 5 aprel 2020-ci ildə “RAİ”yə verdiyi bir açıqlamasında yardım müddəti ərzində İtaliyaya Fransa tərəfindən 2 milyon maska, Almaniyanın isə bir çox sərinkeş cihazı göndərdiyini bildirərək, bu yardımların hələ də kifayət etmədiyini bəyan etmişdi.

İtaliyada pandemiyanın gətirdiyi problemlər Avropa Birliyinə qarşı kütləvi qıcıqlanmaya səbəb olub.

Avropa Birliyinin İtaliyanın yanında olmadığı düşüncəsi ilə Parlament üzvləri arasında soyuq söhbətlər gəzməyə başlayıb. Buna Parlamentin sədr müavini Fabio Rampellin öz kabinetindəki Avropa Birliyinə məxsus bayrağı götürərək, onun yerinə İtaliya bayrağı yerləşdirməsini də Avropa Birliyinə qarşı yaranan etirazın bir əlaməti olaraq qeyd edə bilərik.

“Cadonaghe” bələdiyyəsinin sədri Mersi Şizaro da AB-yə qarşı etirazını bələdiyyə binasının önündəki AB bayrağını iplə bağlayaraq təsdiqləyib. Onsuz da İngiltərənin “Brexit” müddətində AB-dən ayrılmağının AB-ni çətin vəziyyətə salacağı öncədən hesablanmışdı.

Rusiyanın pandemiyaya qarşı mübarizə etməsi üçün İtaliyaya hərbi yük təyyarəsi ilə tibbi ləvazimat göndərməsi, Avropa Birliyinin böhranda olan üzvünə lazımi köməkliyi edə bilməməsi Vladimir Putinə həm ölkə daxilində, həm də xaricində özünü təsdiqləmə imkanı verməsi kimi yozulur.

İtaliyaya 22-26 mart tarixləri arasında rus dekontaminasiya (kimyəvi, bioloji, radioaktiv maddələrin insan bədənindən uzaqlaşdırılması və zərərsizləşdirilməsi yolu ilə insanların və ətraf-mühitin təhlükəsizliyinin qorunması – tərc.) qurumları, hərbi səhiyyə personalı və yardım avadanlıqlarının gəlməsi AB üzvü ölkələrində birmənalı qarşılanmayıb. Hətta bəzi AB və NATO rəsmiləri bu məsələnin “comərdlikdən uzaq olan yardımın rus gücünü müdafiə edən və onun bölgədəki nüfuzunu artıran geopolitik strategiya” olduğu fikrindədirlər.

Kanadanın Toronto əyalətində dərc olunan “National Post” qəzetinin 26 mart tarixində dərc etdiyi məlumata görə, yüksək səviyyəli bir AB diplomatı italyanlara ümumi yardım təklifi edib. Bunun ardınca ruslar hərbi təyyarələr vasitəsilə hərbi həkim və hərbi ləvazimatlar göndəriblər.

Elektrik naqillərini rus təbii qazı ilə çalışdıran İtaliya uzun müddətdir ki, Avropa Birliyinə Rusiyanın 2014-cü ildə Krımın ilhaqı ilə bağlı Moskvaya qoyulan sanksiyaların nisbətən yumşaldılmasını təklif edir. Romaya edilən yardımla geopolitik maraqların birləşməsinə diqqət çəkilir. Bunun qarşılığında İtaliyanın “ Il Corrierre della Sera” qəzetində 2 aprel tarixində dərc edilən bir məqalədə “İzlənəcək yeni geopolitik ssenarilər yoxdur, yardıma ehtiyacı olan ölkə və bizə yardım edən ölkə var. Bu, bir soyuq müharibə məsələsi deyil, bu, reallıqdır, kim necə istəyir, elə də yozsun”– cümləsi ilə ruslarla yaxınlaşma siyasətinin olmamasına işarə edilir.

Digər tərəfdən, rus köməyinin AB-ni siyasi cəhətdən iflic etməsi və AB-nin daha “şərikli” siyasət yürüdə bilməməsi barədə fikirlər formalaşır.

İtaliyaya dezinfeksiya məhsulları ilə dolu yük maşınları aparan rus təyyarəsinin, ən azı, 15 uçuş həyata keçirdiyi iddia edilir.

“Rusiyadan sevgilərlə” etiketi ilə bioloji və kimyəvi qoruma bölmələri, sonra isə 100 nəfərlik personalla Rusiya köməyinin gerçəkləşdirilməsi beynəlxalq mediada öz əksini tapır.

Bununla bərabər, rus mətbuatında “İlk yardım təyyarəmizi İtaliyanın Xarici İşlər naziri qarşılayıb” – adlı xəbərə də yer verilib.

NATO-nun avropalı müttəfiqlərində – hərbi birləşmələrinin xəstələri xəstəxanalara daşıması, xaricdə olan ölkə vətəndaşlarının ölkəyə qayıtmasına kömək olunması və digər fəaliyyətlər Rusiyanın etdiyi köməklik qədər diqqət cəlb etmir. İtaliyanın hal-hazırda NATO-dan daha çox dəstək aldığı və Rusiyanın etdiyi yardımların, əslində, Putinin böyük uğuru olduğu yayılan xəbərlər arasında gəlir.

Rus siyasi eksperti Aleksandr Baunov bir açıqlamasında bildirib ki, Çin və Küba da İtaliyaya tibbi yardımlar edir. Mövcud dünya düzəninin öz lehinə gözdən keçirilməsini istəyən ölkələr üçün koronavirus bir fürsətdir.

“Reuters”də dərc edilmiş bir məlumatda belə deyilir: “AB və NATO Kremli uzun müddətdir bölünmələrdən istifadə edərək, Qərbi zəiflətmək üçün yumşaq güc, gizli təbliğat və xakerlərdən istifadəd günahlandırır”.

Yenə “Reuters”də verilən bir xəbərə görə, Rusiya mediası koronavirusun psixoloji təsirlərini daha da gücləndirmək üçün Qərbə qarşı ciddi dezinformasiya siyasəti yürüdür. Moskva belə bir planının olmasını təkzib etsə də, AB-nın Xarici Siyasət Bölməsinin rəsmisi Cozef Borel Fontelles AB üzvü ölkələrə “bu gün edilən cömərdlik siyasətinin və nüfuz yarışının fərqində olduqlarını” bildirib.

Fontellesin çağırışı ilə Rusiyanın bank, iqtisadi və enerji sektorunda AB-nin sanksiyalarına tabe olduğu və 27 üzv ölkənin göstərilən bu sanksiyaları 6 aydan bir yeniləmələri tələb edilir.

Rusiyanın AB sanksiyalarını ləğv etmək üçün İtaliyanın xeyrinə çalışdığı iddialarını Kremlin rəsmisi Yuri Peskov “axmaqlıq” adlandırıb.

Rusiya geopolitik hesablarını qəbul etməsə də, İtaliyada baş verən AB əleyhinə etirazlar və rus yardımı Avropa Birliyində mübahisələrə səbəb olur. Fontellesin 23 mart tarixində “COVİD-19 dünyamızı yenidən formalaşdıracaq. Böhranın nə vaxt bitəcəyi bilinmir, amma əmin olana qədər, yaşadığımız bu həyat çox fərqli görsənəcək” – açıqlaması Avropa Birliyində mövcud olan daxili mübahisələri və “pandemiyasonrası yeni düzən” gözləntisini ifadə edir.

Beləliklə, koronavirus sonrasında Avropa Birliyində yeni bir gələcək müzakirəsi, gələcək modeli, ya da AB-də mövcud sistemin dəyişilməsinin gündəmdə olması düşünülən ehtimallardandır.

Tərcümə: Strateq.az

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *